Bizi izləyin

Layihələr və Müştərilər

#Mr.Fix

25 ildən çox tikinti kimyəviləri təcrübəsi və biliyinin gücünü kəşf edin

Kartaş MMC 2000-ci ildə Azərbaycanda yaradılıb və Mr. Fix brendi ilə tikinti kimyəviləri istehsalına başlayıb. Ölkəmizin bu sektorunda fəaliyyət göstərən ən qabaqcıl şirkətlərdən biri olan “Kartaş” MMC mövcud məhsulların təkmilləşdirilməsini və məhsul çeşidinin artırılmasını daim diqqətdə saxlayır. Müəssisə müxtəlif təyinatlı kafel və keramika yapışdırıcıları, dərz doldurucuları, hidroizolyasiya məhsulları, hazır suvaqlar, təmir məhlulları, üzlük və döşəmə materialları, beton qatqıları, sement üyüdmə qatqıları, termo izolyasiya materialları istehsal edir.

#KONSTRALAB ZAVODU

Müasir Tikintinin Etibarlı Tərəfdaşı

Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci il iyunun 23-də Goranboy rayonuna səfəri çərçivəsində “Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib. Bu müəssisə regionun iqtisadi inkişafına töhfə verəcək müasir istehsal müəssisəsi kimi qiymətləndirilir və yüksək keyfiyyətli tikinti materiallarının yerli istehsalını artıracaq.

#MILLA

AZƏRBAYCANIN ƏN BÖYÜK SÜD VƏ SÜD MƏHSULLARI İSTEHSALI ZAVODU

Milla markası yarandığı 2011-ci il tarixindən etibarən, insanları keyfiyyətli süd məhsulları ilə təmin etməklə bərabər, fəaliyyətinin hər bir anına qayğı və sevgi ilə yanaşan bir brenddir. “Sevdiklərimiz üçün” fəlsəfəsi ilə Milla, südün mənbəyindən son istehlakçıya çatdırılmasına qədər hər mərhələdə keyfiyyət, etibar və təzəliyi təmin edir. Hazırda “Milla” Azərbaycanda süd məhsulları kateqoriyası üzrə ən geniş çeşidə sahib olan və bir çox istiqamətdə bazar lideri olan bir brenddir.

#AZƏRSİLAH

MÜDAFİƏ SƏNAYESİNİN STRATEJİ MƏRKƏZİ

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi Azərbaycanın müasir müdafiə imkanlarının formalaşdırılmasında strateji rol oynayır. Milli sənaye potensialı və uzunmüddətli dövlət siyasəti vahid sistemdə birləşdirilərək regional və qlobal təhlükəsizlik tələblərinə cavab verən müdafiə imkanları yaradılır.

#Acwa Power #Power China

Xəzər dənizi suyunun duzsuzlaşdırılması layihəsi

Xəzər dənizi suyunun duzsuzlaşdırılması layihəsi Azərbaycan Respublikasında və Xəzər regionunda ilk genişmiqyaslı dəniz suyunun tərs osmoz (SWRO) duzsuzlaşdırılması layihəsi, eləcə də Azərbaycan tarixində ilk dövlət-özəl tərəfdaşlığı (DÖT) layihəsi və ölkənin ən strateji su infrastrukturu təşəbbüslərindən biridir. Layihə, Acwa tərəfindən Azərbaycan hökuməti ilə tərəfdaşlıqda dövlət-özəl tərəfdaşlığı (DÖT) modeli çərçivəsində hazırlanır. Sumqayıt şəhərində yerləşən layihənin planlaşdırılan gücü gündə 300.000 m³ duzsuzlaşdırılmış su təşkil edəcək. Layihə, Azərbaycanın uzunmüddətli su təhlükəsizliyini gücləndirmək, davamlı sənaye inkişafını dəstəkləmək və əhali artımı, urbanizasiya və iqlimlə bağlı çətinliklər səbəbindən artan su tələbatını ödəmək üçün nəzərdə tutulub.

  • Peşəkar həllər Etibarlı tərəfdaşlıq Keyfiyyətli nəticə Peşəkar həllər Etibarlı tərəfdaşlıq Keyfiyyətli nəticə
  • Peşəkar həllər Etibarlı tərəfdaşlıq Keyfiyyətli nəticə Peşəkar həllər Etibarlı tərəfdaşlıq Keyfiyyətli nəticə